Azərbaycan iqlim böhranına hazırdır?

Azərbaycan iqlim böhranına hazırdır?
18.05.2026 17:31 Cəmiyyət

Bu günlərdə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) ölkəmizin şəhər inkişafı sahəsində atdığı addımları bir daha ön plana çıxarır. Forumun mövzusu da məhz düzgün şəhərsalma, mənzil böhranını həll etməkdir. 

Nəzərə alsaq ki, iqlimdə ciddi dəyişiklik gedir, risklər qarşısında vəziyyətimiz nə yerdədir?

Ölkədə urbanizasiya səviyyəsi artıb, xüsusilə Bakıda əhali sıxlığı yüksəkdir. Sovet dövründən qalan balanslı şəhərləşmədən sonra müstəqillik illərində paytaxta axın güclənib. İndi şəhər əhalisinin payı 50 faizdən çoxdur. Bu proses özündə yeni problemlər yaradır - infrastruktur yükü, yaşayış sahələrinin genişlənməsi, yaşıllıqların azalması.

İqlim dəyişikliyi isə bunları daha da ağırlaşdırır. Son onilliklərdə orta temperatur 1,3 dərəcəyə qədər artıb, quraqlıq halları çoxalıb, yağıntı rejimi dəyişib. Xəzər dənizi səviyyəsinin enməsi, sel və daşqın risklərinin artması şəhər planlaşdırmasını birbaşa təsir edir.

Son illərdə leysan yağışlar nəticəsində Bakı və digər şəhərlərdə su basması halları tez-tez olur. Kanalizasiya sistemləri bəzən yükə tab gətirmir. Qurumların məlumatına görə, bu istiqamətdə işlər aparılır, drenaj sistemlərinin yenilənməsi, yeni yaşıl zonaların salınması, “ağıllı şəhər” layihələri kimi işlər görülür. Forumda da bu mövzular müzakirə olunur, şəhərləri iqlimə uyğunlaşdırmaq üçün təbiətə əsaslanan həllər önə çəkilir.

Həmçinin WUF13-də dayanıqlı şəhərlər mövzusu təbii fəlakətlərə hazırlığı əhatə edir. Azərbaycan seysmik aktiv zonada yerləşir. Bakı da daxil olmaqla bir çox ərazilərimiz risk altındadır. Son illərdə Türkiyədəki zəlzələlərdən sonra ictimaiyyətdə narahatlıq artıb. Ekspertlərin sözlərinə görə, yeni tikililərdə standartlar sərtləşdirilib, amma köhnə fond hələ də problemdir. 

Ümumi baxdıqda, ölkəmiz iqlim dəyişikliyinə qarşı mübarizədə fəal mövqe tutur. Paris Sazişi, COP29 təcrübəsi, yaşıl enerji layihələri (külək və günəş stansiyaları), azad olunmuş ərazilərdə “ağıllı kənd və şəhər” konsepsiyası buna nümunədir. 

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) mayın 17-də Bakıda başlayıb və mayın 22-də başa çatacaq.

Türkan İsgəndərli

NEWS FEED
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 All News