Azərbaycan gəncliyi nə qədər yeni fikirlərə sahibdir?

Azərbaycan gəncliyi nə qədər yeni fikirlərə sahibdir?
01.05.2026 17:37 Cəmiyyət

Gənclər ölkənin böyük hissəsini əhatə edir. 14-29 yaş arası olan insanlar həm köhnə dəyərlərə bağlıdır, həm də yeni texnologiyalara və qlobal trendlərə maraq göstərir. Bu, həm dövlətin köhnə nəsilin, həm də internet və dünyanın təsirindən gəlir.

Bəs Azərbaycan gəncliyi nə qədər yeni fikirlərə sahibdir?

Bir çox gənc özünü inkişaf etdirmək, yenilik etmək istəyir. Bu sahədə dövlətin də dəstəyi az deyil. Məsələn “Startup Azerbaijan”, INNOLAND və digər mərkəzlər gənclərə pulsuz təlim, mentor və dəstək verir. Gənclər onlayn mağaza, sosial media idarəetməsi (SMM), oyun texnologiyaları və süni intellekt kimi sahələrdə çalışırlar.

Gənclərin çoxu telefon və kompüterlə böyüyüblər. Onlar rəqəmsal bacarıqları tez öyrənir. Xarici ölkələrdə təhsil proqramları (Erasmus+ və s.) sayəsində yeni biliklər qazanırlar. Hətta beynəlxalq təşkilatlarda da könüllü və rəsmi şəkildə işləyən gənclərimiz mövcuddur. Zəmanə insanları yeni fikirlərə daha açıqdır. Onlar köhnə Sovet düşüncəsindən uzaqlaşıb, daha yaradıcı olmağa çalışırlar.

Ancaq gənclər arasında işsizlik digər yaş qruplarına nisbətən daha yüksəkdir. Bir çox gənc stabil dövlət işini üstün tutur, yenilik etmək onlara riskli görünür. Bəziləri ailə təzyiqi, “stabil həyat” arzusu və ya riskdən qorxduqları üçün yeni ideyaları gerçəkləşdirmirlər. Etmək istəsələr də, bacarmayacaqları təqdirdə kənar müdaxilələr onları narahat edir. 

Bütün bunlara baxmayaraq ölkəmizdə yenilik az deyil:

Clopos — Restoranlar üçün bütün işləri idarə edən proqram (sifariş, ödəniş, anbar və hesabatlama). Bulud əsaslı sistemdir və çox populyardır.

Unibroad — Təhsil platforması. Azərbaycan gəncləri tərəfindən yaradılıb və dünyada ən yaxşı təhsil startapları arasında yer alıb. London kimi yerlərdə tanınıb.

Recepta (Recipe) — Kağız qəbzləri rəqəmsal şəkildə saxlayan və idarə edən sistem. Beynəlxalq investorlardan 700 min dollar investisiya alıb və xaricdə uğur qazanıb.

Green Public — Ekoloji startap. Süni intellektlə yaşıl sahələri və meşələri qorumağa kömək edir. 2025-ci ildə Qətər və Dubayda böyük texnologiya tədbirlərində iştirak edib.

Buglance — Mobil proqramları test edən platforma. Xarici müştərilər cəlb edib və beynəlxalq bazara çıxıb.

WakeMeApp — Avtobus və ya metroda sərnişinə dayanacağını xatırladan proqram. Universitet tələbələri tərəfindən yaradılıb.

Payriff və Epoint — Elektron ödəniş sistemləri. Dövlət layihələrində də istifadə olunur.

Booknetic — WordPress üçün görüş və rezervasiya sistemidir. Çox istifadə olunur.

Başqa sahələrdə də yeniliklər var:

Oyun sənayesi — Azərbaycanda 25-dən çox oyun studiyası fəaliyyət göstərir. Gənclər oyun yaradır və beynəlxalq tədbirlərdə iştirak edir.

Yaşıl texnologiyalar — “Green Hackathon” kimi yarışmalarda gənclər iqlim və ekoloji problemlər üçün həll yolları tapır.

Təhsil və kodlama — “Qızlar üçün Kodlama”, “STEAM məktəbləri”, “Robotex Azerbaijan” kimi layihələr minlərlə gənci əhatə edir.

Süni intellekt və kibertəhlükəsizlik — Gənclər bu istiqamətlərdə yeni proqramlar və həllər hazırlayır.

Nəticə etibarilə demək olar ki, Azərbaycan gəncliyi yeni fikirlərə açıq, dinamik və inkişaf etməyə meyilli bir təbəqədir. Onların ideyaları və təşəbbüsləri düzgün istiqamətləndirildikdə, ölkənin gələcək inkişafında mühüm rol oynaya bilər. Gənclərə daha çox dəstək və imkan yaradılması isə bu potensialın tam üzə çıxmasına şərait yaradacaq.

Türkan İsgəndərli

NEWS FEED
02 JUNE 2026
İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 All News