ADY-nin “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verildi

ADY-nin “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verildi
19.06.2025 17:18 Cəmiyyət

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi təlim və inkişaf strategiyası çərçivəsində mobil təlim platforması olan səyyar təlim qatarı – “Bilik Ekspresi” istifadəyə verilib.

Bu barədə ADY-dən TodayPress TV-yə verilən məlumata görə, layihənin əsas məqsədi regionlarda fəaliyyət göstərən struktur bölmələrin əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması, fərdi inkişaflarının dəstəklənməsi və karyera irəliləyişlərinə şərait yaradılması, həmçinin “Bilik Ekspresi” vasitəsilə təlim və inkişaf imkanlarının daha geniş coğrafiyada əlçatan edilməsidir.

ADY “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə görülən işlərə dəstəyini davam etdirərək “Bilik Ekspresi” layihəsinin ilk mərhələsini məhz Ağdam şəhərində həyata keçirib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində keçirilən tədbir zamanı ADY-nin həmin ərazidə çalışan əməkdaşları üçün stansiyalarda hərəkət sahəsi üzrə işin təşkili mövzusunda təlimlər təşkil olunub. Bununla yanaşı, ADY-nin korporativ dəyərləri və etik davranış kodeksi ilə bağlı maarifləndirmə sessiyaları keçirilib.

Həmçinin bu mobil platforma vasitəsilə ADY tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin fəaliyyətinin təşkili və yerli əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər keçirilib, iş yerlərinin komplektləşdirilməsi üçün yerli sakinlərlə görüşlər və ilkin seçim mərhələləri təşkil edilib.

2024-cü ildə layihələndirilən və üç vaqondan ibarət olan “Bilik Ekspresi” qatarının birinci vaqonu eyni vaxtda 27 nəfərin təlim keçməsi üçün nəzərdə tutulmuş tədris sinfindən ibarətdir, ikinci vaqon 12 nəfərlik təlim otağından ibarət olmaqla istirahət zonası və mətbəxlə təmin olunub, üçüncü vaqon isə təlimçilərin və texniki heyətin fasiləsiz fəaliyyət göstərməsi üçün yataq yerləri ilə təmin olunub.

“Bilik Ekspresi” Ağdam şəhərindən sonra Bərdə və Yevlax rayonlarında fəaliyyətini davam etdirib, bu bölgələrdə çalışan dəmiryolçular üçün təlimlər keçirilib və işə qəbul məqsədilə namizədlərlə görüşlər təşkil olunub.

“Bilik Ekspresi” 2025-ci ilin sonunadək digər rayonlarda da fəaliyyət göstərəcək və bu müddət ərzində həm təlim, həm də işə qəbul prosesləri geniş miqyasda həyata keçiriləcək.

Təlim və inkişaf proseslərinin ayrılmaz hissəsinə çevriləcək bu təşəbbüs ADY-nin transformasiya və dayanıqlı inkişaf baxımından insan resurslarına verdiyi önəmi bir daha nümayiş etdirir.

ADY-nin uzunmüddətli strateji prioritetlərindən biri insan resurslarının inkişafıdır və bu strategiya şəffaf işə qəbul proseslərinin həyata keçirilməsi, əməkdaşların xidməti fəaliyyətinin yüksəldilməsi və karyera inkişafının dəstəklənməsi, rəqəmsal insan resursları idarəetmə sistemlərinin tətbiqi kimi istiqamətləri əhatə edir. ADY həmçinin insan kapitalına sərmayəni dayanıqlı inkişafın əsas təməli kimi qəbul edərək hər bir əməkdaşın peşəkar inkişafını dəstəkləyir.

XƏBƏR LENTİ
01 IYUN 2026
Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Bütün Xəbərlər