Prezident Azərbaycan-Qırğızıstan münasibətlərindən danışdı

Prezident Azərbaycan-Qırğızıstan münasibətlərindən danışdı
01.09.2026 14:33 Xarici siyasət

Müttəfiqlik münasibətləri haqqında tarixi müqavilə Azərbaycan və Qırğızıstan arasındakı münasibətləri ən yüksək səviyyəyə çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "ŞƏT plus" formatında keçirilən ali səviyyəli görüşdə çıxış edərkən deyib.

"İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə Qırğız Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm. Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam: bir ay əvvəl mənim dövlət səfərim çərçivəsində müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanmışdır. Bu tarixi sənəd Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətləri ən yüksək səviyyəyə çıxardı", - İlham Əliyev bildirib.

O həmçinin Sadır Japarovu və Qırğızıstan xalqını ölkənin sosial-iqtisadi inkişafındakı uğurları, beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi münasibətilə təbrik edib.

"Qırğızıstanın 2027-2028-ci illər dövrü üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın yürütdüyü siyasəti dəstəklədiyini göstərir", - Azərbaycan Prezidenti vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər