"İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər
Rusiyanın Krasnodar diyarında yerləşən "İlski" Neft Emalı Zavodu ərazisində 2 iyun 2026-cı ildə dron hücumu nəticəsində yanğın baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Krasnodar diyarının operativ qərargahının məlumatına görə, pilotsuz uçuş aparatının neft məhsulları saxlanılan rezervuara düşməsi yanğına səbəb olub. Hadisə zamanı xəsarət alan və ya həlak olan olmayıb.
Yanğının söndürülməsi üçün əraziyə xüsusi texnika və yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
"İlski" Neft Emalı Zavodu Rusiyanın cənubundakı iri neft emalı müəssisələrindən biridir və illik emal gücü 6,6 milyon ton təşkil edir.
Türkan İsgəndərli