UEFA DÇ-2026-nın statistikasını açıqladı

UEFA DÇ-2026-nın statistikasını açıqladı
16.10.2025 12:11 UEFA

Azərbaycanın futbol üzrə yığma komandası DÇ-2026-nın seçmə mərhələsində ən az qol vuran komandalar sırasındadır.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın statistik göstəricisində bildirilib.

D qrupunda keçirdiyi 4 oyunda 2 qol vuran millimiz bu göstəricidə 54 komanda arasında 48-ci yeri tutur. Yıxmamız qol buraxan komandalar arasında isə 39-cudur (4 oyun, 11 qol).

Rəqib qapısına ən çox yol tapan komanda isə Norveçdir. Vikinqlər 6 oyunda 18 qol vurublar. 

Lixtenşteyn isə seçmə mərhələdə qol vura bilməyən yeganə komandadır.

İngiltərə, İsveçrə və İspaniya yığma komandaları isə seçmə mərhələdə hələ qol buraxmayıblar. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər