Təbii qaz ucuzlaşdı
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.15% ucuzlaşaraq 3.3135 ABŞ dollarına bərabər olub.
TodayPress TV xəbər verir ki, Niderlandın "Title Transfer Facility” (TTF) virtual platformasında qazın meqavat-saatının dəyəri 1.04% azalaraq 33.36 avro təşkil edib.