“SOCAR Polymer” ixrac gəlirlərini 6 %-ə yaxın artırdı

“SOCAR Polymer” ixrac gəlirlərini 6 %-ə yaxın artırdı
30.06.2025 18:27 Sənaye və energetika

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 106,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 6 milyon ABŞ dolları və yaxud 5,9 % çoxdur.

5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər