Rusiya Ermənistana Azərbaycandan daha bir böyük yük göndərdi

Rusiya Ermənistana Azərbaycandan daha bir böyük yük göndərdi
25.08.2026 19:30 Sənaye və energetika

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

TodayPress TV xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 65 ton olan taxta 25 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər