Rövşən Nəcəf OPEC beynəlxalq seminarında iştirak etdi

Rövşən Nəcəf OPEC beynəlxalq seminarında iştirak etdi
10.07.2025 09:51 Sənaye və energetika

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu OPEC beynəlxalq seminarında iştirak edib.

TodayPress TV SOCAR-a istinadən xəbər verir ki, dünyanın qabaqcıl enerji şirkətlərini bir araya gətirən və qlobal enerji gündəliyinə dair müzakirələr üçün mühüm platformaya çevrilən seminar çərçivəsində SOCAR prezidenti bir sıra tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.

“Siyasət və tənzimləmələr: Ədalətli və real enerji gələcəyi” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada çıxış edən Rövşən Nəcəf enerji keçidinin hər bir ölkənin milli şəraitinə və iqtisadi potensialına uyğun şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. Bu xüsusda, müasir dövrdə Azərbaycanın enerji strategiyası, həmçinin SOCAR-ın enerji təhlükəsizliyi və davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

R. Nəcəf tədbir çərçivəsində “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne, “Halliburton” şirkətinin İdarə Heyətinin sədri Ceff Miller, “Crescent Petroleum” şirkətinin baş icraçı direktoru Məcid Cəfər və OQEP şirkətinin baş icraçı direktoru Əhməd Əl Əzkavi ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, birgə həyata keçirilən layihələr üzrə fikir mübadiləsi aparılıb.

FOTOLAR

Rövşən Nəcəf OPEC beynəlxalq seminarında iştirak etdi — 1
Rövşən Nəcəf OPEC beynəlxalq seminarında iştirak etdi — 2
XƏBƏR LENTİ
01 IYUN 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Bütün Xəbərlər