Neft həftəyə artımla başladı

Sənaye və energetika

27.04.2026 09:25

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 1,35% artaraq 1 barelə görə 106.75 ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti isə 1,07% artaraq 95.41 ABŞ dollarına bərabər olub.

tag: Neft, Barel, Birja, Sənaye, Dollar, todaypress.tv,