Nazir: “Azərbaycan ŞƏT ilə əməkdaşlığa xüsusi önəm verir”

Nazir: “Azərbaycan ŞƏT ilə əməkdaşlığa xüsusi önəm verir”
26.06.2025 12:31 Sənaye və energetika

Dialoq tərəfdaşı olan Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir.

TodayPress TV xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Çinin Ninqbo şəhərində keçirilən ŞƏT-in energetika nazirlərinin iclasının açılış mərasimində və “Sənaye innovasiyası dayanıqlı enerji inkişafının hərəkətverici qüvvəsidir” adlı forumunda çıxışı zamanı bildirib.

O bildirib ki, Prezident İlham Əliyevin son illərdə təşkilatın Zirvə toplantılarında fəal iştirakı və bu platforma çərçivəsində Çinlə strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması bu əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir. Bu ilin aprelində Pekində imzalanmış hərtərəfli strateji tərəfdaşlığın qurulmasına dair Bəyanatın isə Azərbaycan-Çin münasibətlərində yeni mərhələ olmaqla yanaşı, təşkilatla da əməkdaşlığın güclənməsinə təkan verdiyi qeyd edilib.

Bu platformada ölkələrin fosil ehtiyatları, bərpa olunan enerji potensialı, infrastruktur və texnoloji imkanlar kimi müxtəlif üstünlüklərinin bir-birini tamamlayaraq çoxtərəfli enerji əməkdaşlığı və ədalətli enerji keçidi üçün əlverişli zəmin yaratdığı, xüsusilə Çinin qabaqcıl texnologiya və innovasiyaların tətbiqi ilə bu prosesə mühüm töhfə verdiyi vurğulanıb.

Azərbaycanın ŞƏT ölkələri ilə enerji tərəfdaşlığında Çin, Qazaxıstan və Özbəkistanla birgə həyata keçirilən “yaşıl enerji” layihələrindən bəhs edilib. Bildirilib ki, Azərbaycan Çinlə texnologiya transferindən birgə layihələrə, elmi-tədqiqat əməkdaşlığından insan kapitalının inkişafına qədər əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında mövcud olan səmimi dostluq münasibətləri və Azərbaycan-Çin əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, “yaşıl enerji” gündəliyinin sürətli inkişafına güclü impuls verir. Çin şirkətlərinin hazırda Azərbaycanın “yaşıl enerji” strategiyasının reallaşdırılmasında həm podratçı, həm də investor qismində mühüm rol oynadıqları, bu şirkətlərlə mərhələli şəkildə ümumilikdə təxminən 2,3 QVt gücündə külək - günəş elektrik stansiyalarının inşası, həmçinin Xəzər dənizində təxminən 2 QVt gücündə külək enerjisi layihələrinin inkişafının planlaşdırıldığı qeyd olunub.

Nazir deyib ki, Çinlə tərəfdaşlıq Xəzər dənizinin 157 QVt-lıq külək enerjisi potensialı və Mərkəzi Asiyanın “yaşıl enerji” resurslarına əsaslanan “yaşıl enerji dəhlizləri”nin reallaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi - “Transxəzər Yaşıl Enerji Dəhlizi” “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri və interkonnektorları ilə inteqrasiya edilməklə, Asiya ilə Avropa arasında yerləşən “Orta Dəhliz” boyunca bərpa olunan enerjinin genişmiqyaslı və fasiləsiz ötürülməsinə imkan yaradacaq. “Yaşıl enerji” interkonnektorları coğrafi baxımdan qeyri-bərabər paylanmış və təbiəti etibarilə dəyişkən olan günəş və külək enerjisinin ehtiyac olan regionlara çatdırılmasına, bərpa olunan enerjinin səmərəli istifadəsinə və enerji sistemləri arasında qarşılıqlı dayanıqlığın təmininə xidmət edən kritik infrastruktur elementləridir. Bu kontekstdə regionlararası inteqrasiya ŞƏT ölkələrindən Azərbaycana, buradan isə Türkiyə və Avropa bazarlarına “yaşıl enerji”nin ötürülməsi üçün əsas vasitəyə çevriləcəkdir. Bu əməkdaşlıq Çin üçün texnologiya transferi və investisiya imkanlarının genişlənməsi ilə yanaşı, “Yaşıl İpək Yolu” təşəbbüsünü və ŞƏT-in enerji gündəliyini praktik nəticələrlə dəstəkləyən platforma olacaqdır.”

Nazir, həmçinin enerji təhlükəsizliyi, iqlim öhdəlikləri və iqtisadi davamlılıq kimi çağırışlarla dərin transformasiya mərhələsində olan qlobal enerji sektorunda innovasiyaların roluna dair fikirlərini bölüşüb. Azərbaycanın “yaşıl enerji zonaları” modeli, növbəti 5 ildə quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 38 %-ə, 2035-ci ildə isə təxminən 43%-ə çatdırmaq üçün külək və günəş stansiyalarının tikintisi, dənizdə külək enerjisinin istifadəsi, həmçinin interkonnektorlar layihələrinin məhz innovasiyalara əsaslandığı diqqətə çatdırılıb.

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Bütün Xəbərlər