Mazut istehsalı 56 dəfədən çox artdı

Mazut istehsalı 56 dəfədən çox artdı
11.07.2025 16:54 Sənaye və energetika

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 56,6 min ton mazut istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə 56,6 dəfə çoxdur.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 2 milyard 565,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % azdır.

Bu müddət ərzində Azərbaycanda 676,1 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə 5,5 % azdır.

Bu ilin ilk 6 ayında ölkədə 1 milyon 141,5 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1,4 % azdır.

Hesabat dövründə 19,4 min ton sürtkü yağları, 115,3 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 6 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 40,9 % azalıb, neft bitumunun istehsalı isə 0,3 % artıb.

Həmçinin, hesabat dövründə ölkədə 112,6 min ton maye qazlar, 337,8 min ton ağ neft, 105,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 20,2 %, ağ neftin istehsalı isə 8,2 % artıb, neft koksunun istehsalı 5,2 % azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər