Elektrik enerjisinin istehsalı artdı

Elektrik enerjisinin istehsalı artdı
18.06.2025 11:21 Sənaye və energetika

Bu ilin yanvar-may aylarında Azərbaycanda 10762,7* kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2,6% artım deməkdir.

TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 10 390,2 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,5% artım).

Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 8 693,4 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-aprel göstəricisindən 1% azdır.

Qeyd etmək lazımdır ki, cari ilin ilk dörd ayı ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər