BP II rübdə 1,6 milyard dollardan çox xalis mənfəət əldə edib

BP II rübdə 1,6 milyard dollardan çox xalis mənfəət əldə edib
05.08.2025 14:02 Sənaye və energetika

Böyük Britaniyanın “BP Plc” şirkəti bu ilin II rübündə 1,629 milyard xalis mənfəət əldə edib.

TodayPress TV şirkətin məlumatlarına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə şirkət 129 milyon ABŞ dolları zərər etmişdi.

Bu ilin II rübündə ehtiyatların əvəzlənməsi metodu ilə düzəliş edilmiş mənfəət (RC profit) 2,4 milyard ABŞ dolları təşkil edib, əvvəlki rübdə isə bu göstərici 1,4 milyard ABŞ dolları olub.

II rübdə karbohidrogen hasilatının həcmi gündəlik 2,3 milyon barel neft ekvivalentinə qədər azalıb, bir il əvvəl bu göstərici gündəlik 2,379 milyon barel neft ekvivalenti olub.

Orta həyata keçirmə qiyməti: neft hasilatı seqmentində (“oil production & operations”) 55,78 ABŞ dollarından 49,03 ABŞ dollarına qədər azalıb; qaz və aşağı karbonlu enerji daşıyıcıları seqmentində isə 40,84 ABŞ dollarına (bir il əvvəl 36,85 ABŞ dolları ) qədər artıb.

Şirkət proqnozlaşdırır ki, III rübdə hasilat aprel-iyun səviyyəsi ilə müqayisədə cüzi azalacaq. 2025-ci ilin yekunları üzrə, hasilat həcminin ötən ilin göstəricilərinə nisbətən azalması gözlənilir.

II rübdə şirkətin kapital qoyuluşları 3,4 milyard ABŞ dolları təşkil edib, illik plan dəyişməz (14,5 milyard ABŞ dolları) qalıb. 2026 və 2027-ci illər üçün kapital xərclərinin strukturu dəyişməz olaraq - təxminən 13-15 milyard ABŞ dolları qalır.

BP, həmçinin III rüb hesabatı dərc olunana qədər 750 milyon ABŞ dolları məbləğində səhmlərini geri almağı planlaşdırdığını elan edib.

II rüb üçün dividendlər hər səhmə görə 8,32 sent təşkil edəcək ki, bu da əvvəlki rübün göstəricisindən (8 sent) yüksəkdir.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər