Azərbaycan Gürcüstanla qaz tədarükünün genişləndirilməsini müzakirə etdi

Azərbaycan Gürcüstanla qaz tədarükünün genişləndirilməsini müzakirə etdi
11.07.2025 17:51 Sənaye və energetika

Azərbaycan və Gürcüstan arasında təbii qaz tədarükü üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

TodayPress TV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşdə enerji sahəsində strateji tərəfdaşlığımıza, o cümlədən qaz tədarükü, Yaşıl Enerji Dəhlizi, elektrik enerjisinin ixracı və tranzit imkanları üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr apardıq. Cari ilin ilk 5 ayında Gürcüstana 1,6 milyard kubmetr qaz tədarük olunub. Enerji sahəsindəki birgə təşəbbüslərimiz regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir”,- deyə o qeyd edib.

FOTOLAR

Azərbaycan Gürcüstanla qaz tədarükünün genişləndirilməsini müzakirə etdi — 1
Azərbaycan Gürcüstanla qaz tədarükünün genişləndirilməsini müzakirə etdi — 2
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər