Azərbaycan Çin şirkəti ilə Anlaşma Memorandumu imzaladı

Azərbaycan Çin şirkəti ilə Anlaşma Memorandumu imzaladı
26.06.2025 12:11 Sənaye və energetika

Azərbaycan və Çinin “China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə "yaşıl enerji dəhlizi"nin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Çində “China Datang Korporasiyası”nın sədri Lyu Jun ilə səmərəli görüş keçirdik. “China Datang Overseas Investment Co. Ltd” ilə dənizdə külək enerjisinin inkişafı və günəş elektrik stansiyasının tikintisi layihələrinin icrasını müzakirə etdik. Şirkətlə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında "yaşıl enerji dəhlizi"nin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzaladıq", - paylaşımda qeyd edilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər