Azərbaycan "APAC"a üzv oldu

Azərbaycan "APAC"a üzv oldu
07.08.2025 10:43 Sənaye və energetika

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) ISO/IEC 17025:2017 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı üzrə tamhüquqlu üzv qəbul edilib.

TodayPress TV Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu, AzAK tərəfindən akkreditasiya edilmiş sınaq və kalibrləmə laboratoriyalarının təqdim etdiyi uyğunluq sənədlərinin (kalibrləmə və sınaq nəticələri və s.) Asiya-Sakit Okean regionunda tanınmasına imkan yaradacaq, təşkilatın digər üzvləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, eləcə də Azərbaycanın qlobal akkreditasiya sistemində daha fəal iştirakına töhfə verəcək.

Qeyd olunmalıdır ki, AzAK tərəfindən 2024-cü ilin 30 iyul tarixində APAC-a tamhüquqlu üzvlük və Qarşılıqlı Tanınma Razılaşmasının (MRA) imzalanması məqsədilə rəsmi müraciət edilib. Bu xüsusda AzAK-ın fəaliyyətinin beynəlxalq akkreditasiya tələblərinə uyğunluğunun qiymətləndirilməsi və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə APAC nümayəndələri tərəfindən həmkar qiymətləndirilməsi həyata keçirilib. Aparılan qiymətləndirmənin müsbət nəticələri əsasında AzAK-ın APAC-a ISO/IEC 17025:2017 beynəlxalq standartı üzrə tamhüquqlu üzv olmaqla bağlı müraciəti qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 8.5.1-ci yarımbəndində milli akkreditasiya qurumunun ISO/IEC 17011:2017 “Uyğunluğun qiymətləndirilməsi qurumlarını akkreditasiya edən orqanlara tələblər” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması, müvafiq akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlara tamhüquqlu üzvlüyünün təmin edilməsi, habelə qarşılıqlı tanınma razılaşmalarının bağlanılması nəzərdə tutulub. Bu çərçivədə AzAK-ın fəaliyyəti ISO/IEC 17011:2017 standartının, o cümlədən akkreditasiya üzrə beynəlxalq və regional təşkilatların tələblərinə uyğunlaşdırılıb.

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər