Azərbaycan “ACWA Power” ilə müzakirələr apardı

Azərbaycan “ACWA Power” ilə müzakirələr apardı
03.06.2025 17:39 Sənaye və energetika

Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. 

TodayPress TV xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb. 

Nazir qeyd edib ki, 30-cu Bakı Enerji Həftəsi çərçivəsində "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə görüş keçirilib. 

"Görüşdə qlobal enerji gündəliyinin prioritetləri, dayanıqlı biznes modellərə keçidin əhəmiyyəti, "yaşıl enerji" sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdik",-deyə M.Cabbarov vurğulayıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər