Avtomobil benzini istehsalının həcmi açıqlandı

Avtomobil benzini istehsalının həcmi açıqlandı
12.07.2025 16:15 Sənaye və energetika

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 676,1 min ton avtomobil benzini istehsal edilib.

Bu barədə TodayPress TV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,2 min ton və ya 5,5% azdır. Ötən ilin birinci yarısında ölkədə 715,3 min ton avtomobil benzini istehsal olunmuşdu.

Bu ilin iyulun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 53 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,565 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər