Avropada təbii qaz ucuzlaşdı

Avropada təbii qaz ucuzlaşdı
15.07.2025 12:02 Sənaye və energetika

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 426 ABŞ dollarına enib.

TodayPress TV xəbər verir ki, 15 iyul tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə avqust fyuçerslərinin qiyməti 426 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (428,3 dollar) ilə müqayisədə 0,5% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər