Ağdam Sənaye Parkında velosiped istehsal ediləcək

Ağdam Sənaye Parkında velosiped istehsal ediləcək
10.06.2025 11:46 Sənaye və energetika

“Qarabike” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

TodayPress TV agentliyə istinadən xəbər verir ki, yeni qeydiyyata alınmış rezident sənaye parkının ərazisində velosiped istehsal edəcək.

Layihənin investisiya dəyəri 8,6 milyon manatdır.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə ilkin mərhələdə il ərzində 44 min ədəddən çox velosiped istehsal ediləcək, növbəti mərhələdən isə illik istehsal gücünün 70 min ədədə çatdırılması planlaşdırılır.

Ağdam Sənaye Parkında hazırda 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar 115 milyon manatdan çox investisiya yatırıb, 650 nəfərdən çox daimi iş yeri yaradıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər