17 ölkəyə 8 milyon tondan artıq neft ixrac edildi

17 ölkəyə 8 milyon tondan artıq neft ixrac edildi
20.05.2025 09:57 Sənaye və energetika

Bu ilin yanvar-aprel aylarında Azərbaycan İtaliyaya 2 448 796,82 min ABŞ dolları dəyərində 4 388 968,14 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.

TodayPress TV Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb.

Hesabat dövründə bu ölkəyə 304 667,44 min dollar dəyərində 558 693,27 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Almaniya tutur.

2024-cü ilin yanvar-aprel aylarında bu ölkəyə 280 129,05 min dollar dəyərində 500 350,62 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir.

Siyahıdan göründüyü kimi, hesabat dövründə 17 ölkəyə ümumilikdə 4 562 682,52 min dollar dəyərində 8 203 845,45 ton neft ixrac edilib.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər