Yuxusuzluq ürək-damar xəstəliklərinə yol aça bilər

Yuxusuzluq ürək-damar xəstəliklərinə yol aça bilər
16.06.2025 02:48 Sağlamlıq

Mütəxəssislər xəbərdarlıq edir ki, yuxusuzluq yalnız yorğunluq və əsəbiliklə məhdudlaşmır. 

TodayPress TV xəbər verir ki, araşdırmalar göstərir ki, 6 saatdan az yatmaq ürək-damar sisteminə mənfi təsir göstərir, təzyiqin qalxmasına, stress hormonlarının artmasına və infarkt riskinin yüksəlməsinə səbəb olur.

İdeal yuxu müddəti 7-9 saat arası hesab olunur. Eyni zamanda, gec saatlarda telefondan istifadə, ağır yeməklər və kofeinli içkilər yuxu keyfiyyətinə mənfi təsir göstərir.

Mütəxəssislər gecə saatlarında qaranlıq, səssiz və rahat mühitdə yatmağı tövsiyə edirlər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər