Yüksək təzyiqi salmağın ən təsirli yolu AÇIQLANDI

Yüksək təzyiqi salmağın ən təsirli yolu AÇIQLANDI
05.07.2026 07:28 Sağlamlıq

DASH pəhrizi yüksək qan təzyiqinin qarşısının alınması və onun nəzarətdə saxlanılması üçün ən təsirli qidalanma üsullarından biridir.

TodayPress TV xəbər verir ki, bu pəhriz tərəvəz, meyvə, tam taxıl məhsulları, paxlalılar, qoz-fındıq, az yağlı süd məhsulları, balıq və toyuq ətinin qəbulunu təşviq edir. Eyni zamanda duz, doymuş yağlar və şəkərli qidaların istehlakının azaldılması tövsiyə olunur.

Həkimlər qeyd edirlər ki, DASH pəhrizi müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və stressin idarə olunması ilə birlikdə tətbiq edildikdə yüksək qan təzyiqinin azalmasına və ürək-damar sağlamlığının qorunmasına kömək edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 IYUL 2026
Bütün Xəbərlər