Yüksək intellektli insanlarda beyin necə işləyir?

Yüksək intellektli insanlarda beyin necə işləyir?
17.06.2025 18:20 Sağlamlıq

Yohann Qutenberq Universitetinin alimləri müəyyən edib ki, yüksək intellektə sahib insanlarda beyin siqnalları qərarvermə zamanı daha dəqiq sinxronlaşır.

TodayPress TV xəbər verir ki, tədqiqat zamanı 148 nəfərin EEG cihazı ilə beyin fəaliyyətinə baxılıb.

Nəticədə məlum olub ki, ağıllı şəxslərin beyin dalğaları – xüsusilə "theta" dalğaları tapşırıqlar dəyişəndə daha uyğun və ritmik işləyir.

Alimlər qeyd edib ki, bu qabiliyyət insanlara tez düşünməyə və diqqəti yayındırmadan düzgün qərar verməyə imkan yaradır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər