Yay mövsümündə su içməmək ciddi fəsadlara yol aça bilər

Yay mövsümündə su içməmək ciddi fəsadlara yol aça bilər
16.06.2025 07:34 Sağlamlıq

Yay günlərində bədənin suya olan tələbatı xeyli artır.

TodayPress TV xəbər verir ki, susuz qalmaq orqanizmdə su-elektrolit balansını poza bilər. 

Bu isə təzyiqin enməsi, başgicəllənmə, halsızlıq və böyrək funksiyalarında pozuntu ilə nəticələnə bilər.

Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olan insanlar bu mövsümdə daha ehtiyatlı olmalıdır. 

Mütəxəssislər gün ərzində 2-2.5 litr adi su içilməsini, qazlı və şəkərli içkilərdən uzaq durulmasını tövsiyə edir. Su qəbulunun az olması həm də istilik vurması riskini artırır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər