Yatmazdan əvvəl bu çayı için - Daha rahat və dərin yatacaqsınız
Mütəxəssislər bildirirlər ki, axşam saatlarında seçilən içkilər yuxunun keyfiyyətinə birbaşa təsir edir.
TodayPress TV xəbər verir ki, “Yahoo Life”ın məlumatına görə, dietoloqlar yatmazdan əvvəl kofeinsiz bitki çaylarına üstünlük verməyi tövsiyə edirlər.
Onların sözlərinə görə, lavanda, nanə və xüsusilə çobanyastığı çayı orqanizmi rahatlaşdıraraq yuxuya getməyi asanlaşdıra bilər. Buna qarşılıq, yaşıl və qara çay tərkibindəki kofeinə görə yuxuya mane ola bilər. Mütəxəssislər kofeinli çayların yatmazdan ən azı 4-6 saat əvvəl dayandırılmasını məsləhət görürlər.