Xolesterin xərçəng hüceyrələrini istilik müalicəsindən qoruyur

Xolesterin xərçəng hüceyrələrini istilik müalicəsindən qoruyur
30.06.2025 07:00 Sağlamlıq

Yapon alimləri müəyyən edib ki, xərçəng hüceyrələrinin membranında xolesterin çox olduqda onlar hipertermiyaya – yəni 40–50°C istiliklə müalicəyə qarşı daha davamlı olur.

TodayPress TV xəbər verir ki, “Scientific Reports” jurnalında dərc olunan araşdırmaya görə, xolesterin hüceyrə qabığını gücləndirir və istilikdən qoruyur. 

Xolesterini azaldan dərmanlarla bu müdafiə zəiflədilir və hüceyrələr məhv olur.

Alimlər hesab edir ki, hipertermiya ilə xolesterinazaldıcı dərmanların birgə istifadəsi müalicənin effektivliyini artıra bilər.

Klinik sınaqlara ehtiyac var.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər