ÜST XƏBƏRDARLIQ etdi: Hantavirus təhlükəsi nə qədər ciddidir?

Sağlamlıq

08.05.2026 20:51

Hantavirus adlı virus sürətlə yayılır.

TodayPress TV xəbər verir ki, bu virus əsasən siçanlardan insanlara keçir və ağır ağciyər çatışmazlığı yaradaraq nəfəs darlığı səbəbindən ölümə gətirib çıxarır.

Qeyd edək ki, son günlər bu virusa yoluxma halları kəskin artıb. Artıq bəzi kruiz gəmilərində bu virusa yoluxma və ölüm halları barədə məlumatlar yayılıb.

Hantavirusun son aşkar olunan versiyasında insandan insana keçmə qeydə alınıb. Yoluxmadan bir neçə şəxs artıq ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

TodayPress TV

tag: Hantavirus ,ÜST,Virus,Yoluxma,TodayPress TV,