ÜST: COVID-19-un mənşəyi hələ də naməlumdur

ÜST: COVID-19-un mənşəyi hələ də naməlumdur
02.07.2025 19:15 Sağlamlıq

Dünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri üç ildən çox davam edən araşdırmalardan sonra pandemiyanın necə başladığını müəyyən edə bilməyiblər.

TodayPress TV xəbər verir ki, “Euronews”un yaydığı məlumata əsasən, 27 beynəlxalq alimdən ibarət işçi qrupun hazırladığı yekun hesabatda COVID-19-un mənşəyi ilə bağlı dəqiq nəticəyə gəlinmədiyi bildirilir.

Hesabatı təqdim edən professor Marietjie Venter bildirib ki, əksər elmi məlumatlar virusun insanlara heyvanlardan keçdiyi versiyasını dəstəkləyir.

Xatırladaq ki, ÜST hələ 2021-ci ildə ilk araşdırmanın nəticələrində virusun yarasalardan digər bir aralıq heyvan vasitəsilə insana keçdiyini ehtimal etmiş və laboratoriya sızması versiyasını “çox aşağı ehtimallı” adlandırmışdı.

Buna baxmayaraq, Venter qeyd edib ki, üç ildən artıq müddətdə Çin hökumətindən genetik ardıcıllıqlar və biosəhiyyə təhlükəsizliyi ilə bağlı məlumatlar dəfələrlə tələb olunsa da, lazımi elmi məlumatlar əldə olunmayıb. Bu səbəbdən laboratoriya versiyasının nə tam araşdırılması, nə də inkar edilməsi mümkün olmayıb.

“Bu hipotez daha çox siyasi mövqelərə əsaslanır, elmi sübutlarla dəstəklənmir və spekulyativ xarakter daşıyır”, – deyə Venter vurğulayıb.

Professor onu da bildirib ki, 27 nəfərlik ekspert qrupunda yekdil fikir olmayıb: üzvlərdən biri bu həftə qrupu tərk edib, üç nəfər isə hesabatdan adlarının çıxarılmasını istəyib.

Araşdırma zamanı COVID-19-un laboratoriyada yaradıldığına dair heç bir sübut tapılmayıb və 2019-cu ilin dekabrından əvvəl virusun Çin xaricində yayılmasına dair dəqiq izlər müəyyən edilməyib.

“Yeni elmi dəlillər təqdim olunmadığı müddətcə "SARS-CoV-2" virusunun insan cəmiyyətlərinə necə keçdiyi sual olaraq qalacaq”, – deyə professor əlavə edib.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus isə bildirib ki, 20 milyondan çox insanın ölümünə, 10 trilyon dollardan çox iqtisadi itkiyə və milyardlarla insanın həyatında köklü dəyişikliyə səbəb olan pandemiyanın mənşəyini öyrənmək “bəşəriyyətin mənəvi borcudur”.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 Bütün Xəbərlər