Ürəyini qorumaq istəyənlərin yeməli olduğu QİDA
Tərkibində yüksək miqdarda flavonoid olan tünd şokolad ürək sağlamlığına müsbət təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, ən azı 70% kakao tərkibli tünd şokoladın gündə 6-25 qram miqdarında qəbulu qan təzyiqini bir qədər azalda, “pis” xolesterinin (LDL) səviyyəsini aşağı sala və ürək-damar xəstəlikləri ilə insult riskini azalda bilər.
Bununla yanaşı, ekspertlər tünd şokoladın şəkər ehtiva etdiyini xatırladaraq, onun yalnız ölçülü şəkildə istehlak edilməsini tövsiyə edirlər.
Kübra Musayeva