Ürək sağlamlığını zəiflədən beş əsas amil

Ürək sağlamlığını zəiflədən beş əsas amil
19.05.2025 17:58 Sağlamlıq

Həkimlər ürək sağlamlığını zəiflədirən beş əsas amili açıqlayıb.

TodayPress TV xəbər verir ki, bunlar zəif yuxu, çirklənmiş hava, stress, natəmiz ağız gigiyenası və pis qidalanma ürək xəstəliklərinin əsas risk faktorlarıdır. 

Bildirilir ki, yuxusuzluq qan təzyiqini artıraraq ürək çatışmazlığı və insult riskini yüksəldir. Çirklənmiş hava damarların sərtləşməsinə və infarkta səbəb ola bilər. Həmçinin, stress ürək-damar xəstəliklərinin inkişafını sürətləndirir, pis ağız gigiyenası isə infarkt riskini artırır. 

Kardioloqlar ürək sağlamlığını qorumaq üçün yağlı, şirin və karbohidratlı qidaların istehlakını azaltmağı və daha çox tərəvəz, meyvə və paxlalı yeməyi tövsiyə edirlər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər