Ürək-damar xəstəliklərindən vəfat edənlər artıb
“Ürək-damar sistemi xəstəliklərindən vəfat edənlərin sayı artıb”.
TodayPress TV xəbər verir ki, bu barədə Qobustan Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Günay Muradova xəstəxanada keçirilən media-tur çərçivəsində məlumat verib.
Onun sözlərinə görə, xəstəxana ürək-damar sistemlərinin müayinəsi üçün xüsusi avadanlıqlarla təchiz edilib.
Töhfə Səməd