Təzyiqi salmağa kömək edən 3 çərəz
Yüksək qan təzyiqinin idarə olunmasına kömək edən çərəz növləri məlum olub.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, püstə, qoz və badam tərkibindəki kalium, maqnezium, omeqa-3 yağ turşuları və digər faydalı maddələr sayəsində qan təzyiqinin tənzimlənməsinə və ürək-damar sağlamlığının qorunmasına kömək edə bilər.
Həkimlər bu məhsulların duzsuz şəkildə, normaya uyğun porsiyalarla qəbul edilməsini tövsiyə edirlər.