Südün pişiklərdə əks təsirləri aşkarlandı

Südün pişiklərdə əks təsirləri aşkarlandı
21.05.2025 18:35 Sağlamlıq

Tədqiqatçılar bildirirlər ki, pişiklər laktozanı həzm edə bilmədiyi üçün onlara süd vermək olmaz.

TodayPress TV xəbər verir ki, yetkin pişiklərin çoxu laktoza dözümsüzlüyündən əziyyət çəkir.

Çünki 6–12 həftəlik yaşdan sonra onların bədəni südü həzm edən fermenti istehsal etməyi dayandırır. Nəticədə süd içmək şişkinlik, qarın ağrısı, ürəkbulanma və qusma kimi problemlərə səbəb ola bilər.

Qeyd edilir ki, pişiklər bəzən narahat olduqlarını gizlədə bilirlər, bu isə onların təbiətdə zəiflik göstərməmək instinkti ilə bağlıdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər