Stress fiziki sağlamlığa zərərlidir
Təkcə psixi deyil, fiziki sağlamlığa da təsir göstərən stress, hazırda dünya əhalisinin təxminən 70%-nin gündəlik həyatının bir hissəsidir.
TodayPress TV psixoloqlar bildirirlər ki, uzunmüddətli stress ürək-damar xəstəlikləri, həzm pozuntuları, hormonal disbalans və yuxusuzluq kimi ciddi problemlərə yol aça bilər.
Stressin əsas səbəbləri kimi iqtisadi qeyri-sabitlik, iş yerindəki təzyiqlər və sosial təcrid göstərilir.
Mütəxəssislər meditasiya, idman, nəfəs məşqləri və sosial dəstək şəbəkələrinin əhəmiyyətini vurğulayırlar.
Bir çox ölkədə iş yerlərində stressə qarşı proqramlar tətbiq edilməyə başlanıb.
Türkan İsgəndərli