Sağlam görünür, amma… Bu içki sizi daha da yorğun sala bilər

Sağlam görünür, amma… Bu içki sizi daha da yorğun sala bilər
25.08.2026 04:25 Sağlamlıq

Sosial şəbəkələrdə sağlam və faydalı kimi təqdim olunan bəzi içkilər dietoloqların narahatlığına səbəb olub.

TodayPress TV “Parade”yə istinadən xəbər verir ki, məhsulun yaşıl rəngdə olması, təbii və ya üzvi kimi təqdim edilməsi onun avtomatik olaraq sağlam olduğu anlamına gəlmir. Mütəxəssislər bunu “sağlamlıq halosu” effekti adlandırırlar.

Xüsusilə yaşıl şirələrə diqqət çəkən dietoloqlar bildirirlər ki, onların tərkibində faydalı vitamin və minerallar ola bilər. Lakin bəzi hazır yaşıl şirələrdə bir porsiyada 25-50 qram şəkər ola bilər. Bu isə bəzi qazlı içkilərdəki şəkər miqdarına bərabər və ya daha çoxdur.

Mütəxəssislərin sözlərinə görə, meyvə şirəsi hazırlanarkən lifin əhəmiyyətli hissəsi itir. Nəticədə şəkər qana daha sürətli keçə və qan şəkərinin kəskin yüksəlməsinə səbəb ola bilər. Bundan sonra bəzi insanlarda yorğunluq, diqqətin dağılması və yenidən şirin qidalara istək yarana bilər.

Dietoloqlar həmçinin qeyd edirlər ki, maye kalorilər bərk qidalar qədər uzunmüddətli toxluq yaratmır. Buna görə yaşıl şirəni tam qida qəbulunu əvəz edən içki kimi istifadə etmək məsləhət görülmür.

Bununla belə, mütəxəssislər yaşıl şirənin tamamilə zərərli olmadığını vurğulayırlar. Tərkibindən asılı olaraq belə içkilər K və C vitaminləri, folat, kalium və digər faydalı maddələrlə zəngin ola bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər