Saçları hər gün yumağın hansı təsirləri var?

Saçları hər gün yumağın hansı təsirləri var?
17.06.2025 11:00 Sağlamlıq

Bəzi insanlar saçlarını hər gün yumağa üstünlük verirlər. Mütəxəssislərin fikrincə, bu vərdiş yalnız müəyyən hallarda tövsiyə olunur.

TodayPress TV xəbər verir ki, saçların gündəlik yuyulması yalnız yağlı dəriyə və nazik saç quruluşuna malik şəxslər üçün uyğundur. 

Quru, qalın və buruq saçlara sahib olanlara isə saçlarını bir neçə gündən bir yumaq məsləhət görülür.

Bundan əlavə, fiziki aktivliklə məşğul olmaq və çirkli mühitdə yaşamaq kimi faktorlar saç yuma tezliyinin artırılmasını zəruri edə bilər. Eyni zamanda xəbərdarlıq edilir ki, saçlar çox nadir hallarda yuyularsa, bu, qaşınma, seboreik dermatit, kəpək və saç tökülməsi kimi problemlərə yol aça bilər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər