Qobustan RMX-də 44 mindən çox pasiyentə xidmət göstərilib
Qobustan Rayon Mərkəzi Xəstəxanasında (RMX) 2025-ci ilin ilk 5 ayı ərzində isə 44 320 pasiyentə xidmət göstərilib.
TodayPress TV xəbər verir ki, bu barədə Qobustan RMX-yə təşkil olunan mediatur çərçivəsində TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində 155 əməliyyat, 12 doğum baş tutub.
Radioloji xidmətlərdən 22 900, laboratoriya xidmətlərindən isə 65 800 nəfər istifadə edib.
Töhfə Səməd