Qəhvəyə alternativ 6 İÇKİ
Mütəxəssislər qəhvə istehlakını azaltmaq istəyənlər üçün sağlam alternativ içkilərin siyahısını açıqlayıblar.
TodayPress TV xəbər verir ki, siyahıya matça çayı, masala çayı, göbələk qəhvəsi, yerba mate, kasnı kökündən hazırlanan qəhvə, həmçinin nanə çayı, “qızıl süd” və rooibos çayı daxildir.
Bildirilir ki, bu içkilərin bir qismi tərkibində kofein daşısa da, digərləri tamamilə kofeinsizdir. Onların antioksidantlarla zəngin olduğu, ürək sağlamlığını dəstəklədiyi, stressi azaltmağa, həzmi yaxşılaşdırmağa və daha sabit enerji təmin etməyə kömək etdiyi qeyd olunur.