Qarpız daha faydalıdır, yoxsa yemiş?
Mütəxəssislərin araşdırmasına görə, həm qarpız, həm də yemiş sağlamlıq üçün faydalıdır, lakin fərqli üstünlüklərə malikdir.
TodayPress TV xəbər verir ki, qarpız tərkibində 91%-dən çox su olduğu üçün susuzluğu daha yaxşı aradan qaldırır və ürək sağlamlığı üçün faydalı sayılan likopinə malikdir.
Yemiş isə daha çox lif və elektrolit ehtiva edir, bu da həzmi yaxşılaşdırır və orqanizm üçün faydalıdır.
Alimlər bildirirlər ki, hər iki meyvə sağlam qidalanmada yer almalıdır və hansının “daha faydalı” olması məqsədə görə dəyişir.
Kübra Musayeva