Qarın piyləri sədəf riskini artırır

Qarın piyləri sədəf riskini artırır
27.05.2025 16:54 Sağlamlıq

London Kral Kollecinin alimləri müəyyən ediblər ki, qarın bölgəsindəki yağ sədəf (psoriaz) xəstəliyinin riskini artırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Journal of Investigative Dermatology" jurnalında dərc olunub.

Tədqiqatda 330 mindən çox britaniyalının, o cümlədən 9 min sədəf xəstəsinin məlumatları analiz olunub. Nəticələr göstərib ki, xüsusilə qadınlarda qarın piyləri ilə xəstəlik riski arasında güclü əlaqə var.

Mütəxəssislər bu nəticələrin sədəfin fərdi müalicəsində və metabolik sağlamlıqla əlaqələndirilməsində yeni yanaşmalar təqdim edə biləcəyini bildiriblər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər