Qaraciyər xərçəngini sürətləndirən gen aşkarlandı

Qaraciyər xərçəngini sürətləndirən gen aşkarlandı
13.07.2025 23:15 Sağlamlıq

ABŞ-dəki “VCU Massey” Onkologiya Mərkəzinin alimləri müəyyən ediblər ki, “TAF2” geni qaraciyər xərçənginin ən yayılmış forması olan hepatosellular karsinomanın (HCK) inkişafını sürətləndirə bilər.

TodayPress TV xəbər verir ki, araşdırma nəticələri “Hepatology” jurnalında dərc olunub. 

Məlum olub ki, HCK-li xəstələrdə “TAF2” geni sağlam insanlarla müqayisədə daha yüksək səviyyədədir. Genin “MYC” onkogeni ilə birgə fəaliyyət göstərərək şişin böyüməsini gücləndirdiyi aşkar edilib.

Alimlər bu kəşfin yeni müalicə üsullarının inkişafına imkan verəcəyini bildirirlər. Araşdırma hələlik yalnız laboratoriya mərhələsindədir və klinik təsdiq tələb edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər