Oturaq həyat tərzi ürək xəstəliklərini artırır

Oturaq həyat tərzi ürək xəstəliklərini artırır
02.06.2025 19:15 Sağlamlıq

Son illərdə insanlar, xüsusilə ofis işçiləri arasında oturaq həyat tərzi geniş yayılıb. 

TodayPress TV xəbər verir ki, gündə 6 saatdan çox oturmaq qan dövranını zəiflədir, maddələr mübadiləsini ləngidir və ürək-damar xəstəlikləri riskini artırır. 

Hətta müntəzəm idman edən şəxslər belə gün ərzində uzun müddət hərəkətsiz qaldıqda bu riskə məruz qala bilər.

Mütəxəssislər hər 30-60 dəqiqədən bir qısa fasilələrlə qalxıb gəzməyi, sadə gərmə hərəkətləri etməyi və iş masasını zaman-zaman ayaqüstü işləməyə uyğunlaşdırmağı tövsiyə edirlər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər