Meyvə və tərəvəzlərdə olan fitosterollar diabet riskini azaldır
Harvard Universitetinin alimləri bitki qidalarında olan fitosterolların ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskini azaltdığını müəyyən edib.
TodayPress TV xəbər verir ki, təxminən 200 min amerikalı qadın üzərində aparılan 36 illik tədqiqatda fitosterol qəbul edənlərin ürək xəstəliyi riski 9%, şəkərli diabet riski isə 8% azalıb.
Fitosterollar xolesterola bənzəyən təbii bitki maddələridir və əsasən tərəvəz, meyvə, tam taxıl və qoz-fındıqda olur.
Tədqiqatda həmçinin bəzi bağırsaq bakteriyalarının fitosterolların həzmində rol oynadığı göstərilib ki, bu da mikrofloranın sağlamlığa faydasını vurğulayır.
Türkan İsgəndərli