Maqnezium çatışmazlığının ƏSAS ƏLAMƏTLƏRİ

Maqnezium çatışmazlığının ƏSAS ƏLAMƏTLƏRİ
06.07.2026 02:34 Sağlamlıq

Dietoloqlar maqnezium çatışmazlığının yalnız əzələ qıcolmaları ilə deyil, həm də daimi yorğunluq, yuxusuzluq, diqqət dağınıqlığı, əhval dəyişikliyi, yüksək təzyiq, ürək ritmində pozğunluqlar və sümük zəifliyi ilə özünü göstərə biləcəyini bildiriblər.

TodayPress TV xəbər verir ki, maqnezium ürək, beyin, sinir sistemi və əzələlərin normal fəaliyyəti üçün vacibdir. Onun çatışmazlığını qida vasitəsilə aradan qaldırmaq tövsiyə olunur. Balqabaq tumu, çia toxumu, badam, ispanaq, paxlalılar və tam taxıllı məhsullar maqnziumla zəngin qidalar sırasındadır.

Həkimlər vurğulayırlar ki, bu əlamətlər müxtəlif xəstəliklərlə də bağlı ola bilər. Buna görə də uzunmüddətli şikayətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər