Konqoda vəba sürətlə yayılır

Konqoda vəba sürətlə yayılır
11.07.2025 19:45 Sağlamlıq

Konqo Demokratik Respublikasında vəba epidemiyası “kəskin mərhələyə” çatıb.

TodayPress TV xəbər verir ki, ölkənin səhiyyə naziri Roje Kamba bildirib ki, 2025-ci ildə indiyədək 33 min yoluxma və təxminən 2 faiz ölüm qeydə alınıb.

Bu, 2024-cü il üzrə ümumi göstəricini artıq keçib.

Hazırda 26 vilayətdən 17-si xəstəlikdən təsirlənib. Paytaxt Kinşasada həftəlik 130-a yaxın yeni yoluxma qeydə alınır, bir çoxu isə ölümcül olur.

Hökumət yeni müalicə mərkəzləri açır və təsdiqlənmiş xəstələrə pulsuz yardım göstərir. Ölkədə eyni zamanda mpox (meymunçiçəyi) virusunun da yayılması müşahidə olunur. Nazir hazırkı vəziyyəti “kritik böhran” adlandırıb.

Epidemiya rəsmi olaraq 5 mayda elan edilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər