İş stressinin gizli təhlükəsi: Nevroloq baş ağrılarının səbəbini açıqladı
Sağlamlıq
08.05.2026 19:45
Nevroloq Daniel Wilhour bildirib ki, işdən sonra davam edən stress və gərginlik baş ağrıları və miqren riskini artıra bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "The Conversation" məlumat yayıb.
Mütəxəssis qeyd edir ki, qısamüddətli stress normaldır və hətta faydalı ola bilər, lakin uzunmüddətli stress sinir sistemini həssaslaşdırır və ağrı həddini aşağı salır. Bu isə baş ağrılarının daha tez-tez və daha güclü yaranmasına səbəb olur.
Xüsusilə miqreni olan insanlar daha həssas olur, çünki onların sinir sistemi stress, yuxusuzluq və hormonal dəyişikliklərə daha güclü reaksiya verir.
Stress həm də boyun və çiyin əzələlərində gərginlik yaradır, uzun müddət kompüter qarşısında oturmaq isə bu riski artırır.
Mütəxəssis stressin tam aradan qaldırılmasının mümkün olmadığını, lakin fasilələr, hərəkət, düzgün iş mühiti və rahatlama texnikaları ilə təsirinin azaldıla biləcəyini vurğulayır.
Jalə Rövşən
tag: Stress,Daniel Wilhour,İş,Nevroloq,Todaypress.tv,
