İnfraqırmızı üsul xərçəng diaqnostikasında biopsiyanı qabaqladı

İnfraqırmızı üsul xərçəng diaqnostikasında biopsiyanı qabaqladı
07.09.2025 23:49 Sağlamlıq

Nigeriyanın Bouen Universitetinin alimləri sübut ediblər ki, infraqırmızı spektroskopiya xərçəngli və xoşxassəli şişləri klassik biopsiyadan daha dəqiq ayırd edə bilir.

TodayPress TV  xəbər verir ki, “Cancer Screening and Prevention” jurnalında dərc olunan araşdırmada 56 döş toxuması nümunəsi analiz edilib və metodun dəqiqliyi 100 faiz nəticə göstərib.

Bu yanaşma hüceyrələrin kimyəvi tərkibini və biomarkerlərini işıq dalğaları əsasında müəyyənləşdirir.

Mütəxəssislər hesab edirlər ki, infraqırmızı spektroskopiya gələcəkdə xərçəngin sürətli və obyektiv diaqnostikasında əsas alətə çevrilə bilər. Lakin klinikalarda tətbiqi üçün genişmiqyaslı sınaqlar tələb olunur.

Qiymət Mahir


TodayPress TV  

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər